Nazir: "Azad olunan ərazilərin bərpası ilə bağlı layihə hazırlanıb"

Hazırda oxunan: Nazir: "Azad olunan ərazilərin bərpası ilə bağlı layihə hazırlanıb"

5043

“İşğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası layihə olaraq hazırlanıb”.

Bizim.Media xəbər verir ki, bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.

O bildirib ki, layihə müzakirə edilib və aidiyyəti üzrə hökumət tərəfindən təqdim olunacaq.

M.Cabbarov qeyd edib ki, konsepsiyaya uyğun olaraq işğaldan azad edilmiş bölgələrin gələcək sosial-iqtisadi planlaşdırmasında əsas götürülən sahələr şəhərsalma və ərazilərin quruluşu ilə bağlı olan məsələlərdir:

“Təbii ki, bunun həyata keçirilməsi üçün zəruri hüquqi, iqtisadi və maliyyə çərçivəsi, güzəştlər və təşviqlər sistemi, eyni zamanda təxirəsalınmaz bir sıra layihələr ali rəhbərimizin müvafiq sərəncamlarına uyğun olaraq artıq həyata keçirilir. Burada xüsusilə dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmiryolu şəbəkəsi, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin