Xocalıda "Xocalı Muzeyi" yaradılacaq

Hazırda oxunan: Xocalıda "Xocalı Muzeyi" yaradılacaq

5039

Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında qeyd olunub.

Tədbirlər planına əsasən, Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq.

Bundan əlavə, Tədbirlər Planında Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Qarabağ Elmi Bölməsinin Bioresurslar İnstitutunun, Qarabağ regionuna aid bitkilərin toplandığı Nəbatat Bağının yaradılması alimlərimizin qarşısına qoyulan vəzifələrdəndir.

Həmçinin Suqovuşan, Xudafərin və Qızqalası su anbarlarının, Oxçuçay, Həkəri və Bərgüşad çaylarının hidrofaunasının tədqiqi, ermənilər tərəfindən talan edilən, saxtalaşdırılan tarixi-mədəni abidələr, muzeylər, onlara daxil olan eksponat və artefaktların sənədləşdirilməsi, zərərgörmüş, dağıdılmış abidə və itmiş əşyalar haqqında məlumatların sistemləşdirilərək nümayiş etdirilməsi, arxeobioloji qalıqların müvafiq analizi də Tədbirlər planında öz əksini tapıb.

Eyni zamanda M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının YUNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpasının, Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ arxeoloji mərkəzinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Tədbirlər planı ümumilikdə 2021-2035-ci illəri əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin