Azərbaycan Monqolustanla energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.
Bizim.Media-ya Energetika Nazirliyindən verilən məlumata görə, nazir Pərviz Şahbazov Monqolustanın Türkiyə Respublikasında, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş səfiri Bold Radva ilə görüşüb.
Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri, gələcək əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə təcrübə və məlumat mübadiləsi məsələləri müzakirə olunub.
Səfir son illərdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyinə diqqət çəkib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam edəcəyinə inamını ifadə edib.
Monqolustanda hazırda inkişaf mərhələsində olan neft-qaz, xüsusi ilə bu enerji daşıyıcılarının nəqli və emalı sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində, həmçinin külək və günəş enerjisi kimi bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Səfir, həmçinin 2 monqolustanlı tələbənin Azərbaycan Sənaye Universitetində təhsil almalarına göstərilən dəstəyə görə təşəkkür edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:45 / 12.12.2020
Monqolustanla energetika sahəsində müzakirələr aparılıb
Hazırda oxunan: Monqolustanla energetika sahəsində müzakirələr aparılıb
Hazırda oxunan: Monqolustanla energetika sahəsində müzakirələr aparılıb
5035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.