Hibrid və elektrik avtomobilləri ƏDV-dən azad olunur? – RƏSMİ CAVAB

Hazırda oxunan: Hibrid və elektrik avtomobilləri ƏDV-dən azad olunur? – RƏSMİ CAVAB

50311

“Gələn il hibrid və elektrik nəqliyyat vasitələrinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb”.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Nəqliyyat vasitələrinin rüsumlarının, aksizlərinin yuxarı və ya aşağı olması Dövlət Gömrük Komitəsinin səlahiyyətində deyil. Hökümət tərəfindən müvafiq qərarlar qəbul olunur, gömrük orqanları bunu icra edir. Bugün tətbiq olunan vergi və rüsumlar hələ ki bir neçə il bundan qabaq qəbul olunmuş qaydalara uyğundur". - deyə sədr qeyd edib.

MÖVZU İLƏ BAĞLI:

“Elektron ticarəti tam nəzarətə götürə bilmişik” - Səfər Mehdiyev


Onun sözlərinə görə, son dövrlərdə hər hansı bir artım nəzərdə tutulmayıb. Hətta gələn il hibrid və elektrik nəqliyyat vasitələrinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad olunması ilə bağlı müvafiq tədbirlər görülüb. Yaxın günlərdə onlar, yəqin ki, tam imzalandıqdan sonra ictimaiyyətə açıqlanacaq”, - S. Mehdiyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin