Bir neçə ilə Azərbaycanda qanunsuz tikili olmayacaq - NAZİR

Hazırda oxunan: Bir neçə ilə Azərbaycanda qanunsuz tikili olmayacaq - NAZİR

50294

"Fövqəladə Hallar Nazirliyi ölkədə qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir".

Bizim.Media-nın məlumatına görə, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, bununla bağlı Şəhərsalma və Tikinti Arxitektura Komitəsi və rayon icra hakimiyyətlərinin tərkibində olan komissiya ilə birlikdə nəzarət tədbirləri gücləndirilib

"Qanunsuz tikililərlə bağlı obyektiv və subyektiv səbəblər var. O vaxt məcburi köçkünlərin çox olduğu vaxtlarda belə problemlər ortaya çıxmışdı. Məsələn, Bakı şəhərində hündürmərtəbəli binalar var idi ki, onların yanğın təhlükəsizliyi təmin olunmamışdır, istismara qəbul edilməmişdi. Sonradan həmin binalar texniki şərtlərə uyğun hazırlandı, problemlər aradan qaldırıldıqdan sonra istismara qəbul edildi.

Bu proses digər rayonlarda da davam etdirilir. Hesab edirəm ki, bir neçə ilə Azərbaycanda qanunsuz tikili olmayacaq. Hər kəs bilir ki qanunsuz tikililər insan həyatı üçün təhlükəlidir və belə tikililər dövlət tərəfindən qəbul edilməyəcək", - deyə nazir bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin