Xalq artisti Nəzakət Teymurova bir ay əvvəl ailə üzvləri ilə birgə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib.
Bizim.Media xəbər verir ki, sənətçi yaşlı anası ilə atasının məzarını ziyarət edib.
Onların həmin dəqiqələri “Ağdam və mən” silsilə verilişinin “Qaragilə” buraxılışında yer alıb.
“Məni, yaşlı anamı o torpaqlara apardınız. Bu torpaqları bizə qaytaran Ali Baş Komandanıma, müzəffər orudmuza təşəkkür etmişəm, hər gün də edəcəm. Allah şəhidlərimizə rəhmət etsin. Atamın ruhu ilə həmişə ürəyimdə danışmışam, bu dəfə məzarı başında ona hesabat verdim, - deyə xanəndə təəssüratlarını bölüşərkən deyib.
Bizim.Media