ABŞ-ın Kentukki ştatında güclü qasırğa dağıntı və tələfata səbəb olub.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, açıqlamasında Kentukki qubernatoru Endi Beşar 70 nəfərin öldüyünü açıqlayıb.
Qubernator əlavə edib ki, yaralıların sayı çoxdur. Bu səbəbdən ölü sayının artacağı ehtimal edilir.
Ştatın ərazisində bir sıra evlər dağılıb, elektrik enerjisi kəsilib.
Bizim.Media