Separatçılarının başçısı Araik Arutyunyanın şəkli və “Gəncəni çəkdim” yazısı olan köynək geyinrək şəkil çəkdirən Amerikalı bloger Tina Minasyan işindən qovulub.
Bizim.Media xəbər verir ki, bu barədə blogerin özü sosial media hesabında paylaşım edib.
O reklam agentliyindən qovulduğunu söyləyib:
“Mənə təzyiqlər göstərib, uşaqların qatili adlandırdılar. Əsl düşmənin kim olduğunu analiz edib görə bilmirsiz? Susmaqdan bezdim ”deyə Minasyan yazıb.
Qeyd edək ki, erməni əsilli bloger Ermənistanın Gəncəyə terror təcavüzündən sonra üzərində Arayik Arutyunyanın şəkli olan köynəklə foto paylaşıb. Əlində siqaret tutan Tina paylaşımına “SMOKED GANJA” yazısını da əlavə edib.
“Ganja” sozu Amerikada narkotik maddələrdən birinin adı olsa da, bloger burda məhz Azərbaycanın Gəncə şəhərini nəzərdə tutub.
Xatırladaq ki, 4,8,11 və 17 oktyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə raket hücumları nəticəsində uşaqlar da daxil olmaqla 26 nəfər dünyasını dəyişib, 118 nəfər yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:51 / 12.12.2020
Erməni əsilli bloger Azərbaycanı təhqir etdiyinə görə işdən qovuldu
Hazırda oxunan: Erməni əsilli bloger Azərbaycanı təhqir etdiyinə görə işdən qovuldu
Hazırda oxunan: Erməni əsilli bloger Azərbaycanı təhqir etdiyinə görə işdən qovuldu
5020
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.