Küçə ticarəti ilə məşğul olanlar cəzalandırıldı - FOTO

Hazırda oxunan: Küçə ticarəti ilə məşğul olanlar cəzalandırıldı - FOTO

50186

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Həmin vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin