Ermənistan İstintaq Komitəsi bir qrup erməni hərbçini noyabrın 16-da Zəngəzurda gedən döyüşlər zamanı nizamnaməni pozmaqda ittiham edərək həbs edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya İstintaq Komitəsinin hesabatında yer alıb.
Mənbə qeyd edir ki, həmin gün saat 11:30-da Zəngəzur mahalının Kilsəli-İşxanasər hissəsində Azərbaycan hərbçiləri ilə erməni silahlıları arasında qarşıdurma olub.
Nəticədə ermənilərin dayandığı 3 postda 4 hərbçi döyüş nizamnaməsini və döyüş növbətçiliyi qaydalarını pozub.
Düşmənin yaxınlaşmasından xəbər tutan hərbçilər onları zərərsizləşdirmək və tərksilah etmək əvəzinə danışıqlara gediblər.
Sonda erməni hərbçiləri postlarını tərk edərək qaçıblar, azərbaycanlılar isə həmin postları nəzarətə götürüb. Ermənistan Silahlı Qüvvələrinin 24 hərbçisi mühasirəyə alınaraq əsir götürülüb.
Onlardan üçünün - Qurgen Sarkisyan, Artur Martirosyan və David Amiryanın meyiti sonradan Ermənistan tərəfinə təhvil verilib. 7 hərbçi, o cümlədən yuxarıda adı çəkilən şəxslər noyabrın 26-da və dekabrın 4-də Ermənistan tərəfinə qaytarılıb, daha 14 nəfərin yeri məlum deyil.
Bizim.Media
- A-
- A
- A+
Region
14:40 / 11.12.2021
Əsirlikdən qayıdan 4 erməni hərbçinin həbs xəbəri təsdiqləndi - DETALLAR
Hazırda oxunan: Əsirlikdən qayıdan 4 erməni hərbçinin həbs xəbəri təsdiqləndi - DETALLAR
Hazırda oxunan: Əsirlikdən qayıdan 4 erməni hərbçinin həbs xəbəri təsdiqləndi - DETALLAR
50182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.