İran şirkətləri İrəvandakı sərgiyə qatıldı – Tehran yenə Ermənistanın yanındadır

Hazırda oxunan: İran şirkətləri İrəvandakı sərgiyə qatıldı – Tehran yenə Ermənistanın yanındadır

50181

"Avrasiya" sərgisi İran şirkətləri və Ermənistan da daxil olmaqla Avrasiya Birliyinə üzv ölkələrin bir sıra şirkətlərinin iştirakı ilə baş tutub.

Bizim.Media "İribnews" nəşrinə istinadən məlumat verir ki, sərgiyə gələn ziyarətçilərin fikrincə, bu sərginin keçirilməsi İranın və Avrasiya Birliyinə üzv ölkələrin imkanları ilə tanış olmaq üçün əlverişli fürsətdir.

Ermənistan İranın Avropa və Avrasiya ilə ticarət qapısı sayılır və bu ilin ilk 8 ayında İranın Ermənistana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.

Qeyd edək ki, daim müsəlmanın yanında olduğunu iddia edən İran hökuməti Ermənistanla gündən-günə öz ticarət əlaqələrini genişləndirir. Bunun bir başqa örnəyi də bir neçə gün öncə İrəvanla ticarət və gömrük əlaqələrini genişləndirmək üçün İranın Baş Gömrük İdarəsi rəisinin Ermənistana ikigünlük səfəri idi. 

Azərbaycanın İrana uzatdığı mehriban qonşuluq və dostluq əlini geri çevirən molla rejimi, görünür, Azərbaycanın Qarabağ savaşından sonra qalib ölkə olaraq bölgədə söz sahibi olmasını həzm edə bilmir.

Bu da təbiidir. Çünki İran hakimiyyəti Azərbaycanla Türkiyənin, hətta bütün türk dünyasının birbaşa birləşməsindən qorxur.

Özəlliklə Qarabağ savaşından sonra bölgədəki hadisələrdən kənarda qalan Tehran nə qədər acizləşib ki, beynəlxalq banklara borcu artıq son həddə çatıb, buna görə məğlub Ermənistanla əlaqələrini genişləndirməyə səy göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin