Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış ediblər.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:49 / 11.12.2021
Bakıda Gənc Sahibkarların II Forumu keçirildi – FOTO
Hazırda oxunan: Bakıda Gənc Sahibkarların II Forumu keçirildi – FOTO
Hazırda oxunan: Bakıda Gənc Sahibkarların II Forumu keçirildi – FOTO
50154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.