Türkiyədən İrana Nota - “Zərifin Türkiyəni hədəf seçməsi qəbul edilməzdir”

Hazırda oxunan: Türkiyədən İrana Nota - “Zərifin Türkiyəni hədəf seçməsi qəbul edilməzdir”

5014

İranın Türkiyədəki səfiri Məhəmməd Fərəzmənd Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, səfirə bildirilib ki, rəsmi İran prezident Rəcəb tayyib  Ərdoğanın fikirlərinə əsassız ittihamlar irəli sürür.

Həmçinin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin tvit paylaşımına, sonra isə Türkiyənin Tehrandakı səfiri Derya Örsün İranın Xarici İşlər Nazirliyinə çağırılmasına, Türkiyəyə və  Ərdoğana yönələn əsaslandırılmamış iddiaların ortaya atılmasına və beləliklə İranda Türkiyəyə yönəlik nifrət kampaniyasına başlanılmasına narazılıq ifadə edilib. 

Bildirilir ki, Türkiyə XİN İran tərəfindən irli sürülən iddiaları rədd edib. Rəsmi Ankara İranın XİN başçısı Məhəmməd Cavad Zərifin tvitter ilə Türkiyəni hədəf seçməsinin qəbul edilməyəcəyini vurğulayıb. 

Bundan əlavə, bu yanaşmanın Türkiyə ilə İran arasındakı yaxın münasibətlərə də uyğun olmadığı və münasibətləri pozmaq istəyən dairələrə xidmət etdiyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin