Britaniya İrandan 400 milyon borcunu geri istəyir - Nümayəndə heyəti Tehrana gəldi

Hazırda oxunan: Britaniya İrandan 400 milyon borcunu geri istəyir - Nümayəndə heyəti Tehrana gəldi

0:00
0:00
50136

İranın Londondakı səfiri Mohsen Bəharvənd deyib ki, dekabrın 10-da Britaniya nümayəndə heyəti bu ölkənin İrana olan 400 milyon fund sterlinq borcunun qanuni yollarla ödənilməsini müzakirə etmək üçün ötən həftə Tehrana səfər edib.

Bizim.Media "The Guardian" qəzetinə istinadən xəbər verir ki, Bəharvənd jurnalistlərə açıqlamasında bildirib ki, İslam Cümhuriyyəti hazırda Britaniya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır və həll edilməyəcək problemlər yoxdur.

İran-Britaniya ikili vətəndaşlığı olan məhbusların ailələri dəfələrlə İslam Cümhuriyyətini bu ölkənin Britaniyadan tarixi alacağı pulu əldə etmək məqsədi ilə insanları girov götürməkdə günahlandırıblar.

Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant isə sözügedən məbləğ ödənilmədikcə İran hökumətinin məhbusları azad etməyəcəyini düşündüyü qeyd edib.

Xatırladaq  ki, İran hökuməti Britaniya-İran vətəndaşlığı olan bir neçə şəxsi artıq illərdir ki, qeyri-qanuni məhkəmələrlə zindanda saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin