Xəbər verdiyimiz kimi dünən Lənkəranda, həmçinin Ağdamda “Azərişıq”ın iki əməkdaşı abonentin işığını məhdudlaşdırdığı üçün həm maddi, həm də fiziki zərər çəkib. Sosial şəbəkələrdə yayılan bu hadisə, insanlar tərəfindən heç də bir mənalı qarşılanmayıb. Kimi işığı kəsən işçiləri, kimi də abonentləri qınayır.
Bizim.Media-ya məsələnin doğruluğunu araşdırmaq üçün hüquqşünas Əsabəli Mustafayevlə əlaqə saxladıq.
O, borc olduğu təqdirdə, ödəniş etməyən abonentin işığının kəsilməsini doğru olduğunu diqqətə çatdırıb:
“Azərışığ”ın nəzarətçiləri istehlak olunmuş enerjinin miqdarını və məbləğini vahid sistemə birləşdirilmiş kiçik kompüter ilə müəyyən edirlər. Və onun vasitəsi ilə verilən qəbzdə abonentə bildiriş verilir. Onlar isə borclarını müəyyən edilən tarix çərçivəsində ödəməlidirlər. Qanunvericiliyə görə, 30 gün tamam olduqdan sonra da vətəndaşa rəsmi olaraq bildiriş verilməli və borcuna görə hansı tarixdən elektrik enerjisinin verilməsinin dayandırılacağı qeyd olunmalıdır. Həmçinin işığa hər hansı qanunsuz müdaxilə olunarsa bu halda bildiriş olmadan abonentin işığı kəsilə bilər”.
Qeyd edək ki, qeyd olunan hadisələrlə bağlı rəsmi açıqlama verilib. Və həmin vətəndaşların qanunsuz olaraq işıqdan istifadə etmə halları müəyyən olunub.
Ağdam rayon sakinin “Azərişığ”ın əməkdaşını bıçaqladığına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:20 / 10.12.2021
Borca görə qaz və işıq nə vaxt kəsilə bilər? - Hüquqi AÇIQLAMA
Hazırda oxunan: Borca görə qaz və işıq nə vaxt kəsilə bilər? - Hüquqi AÇIQLAMA
Hazırda oxunan: Borca görə qaz və işıq nə vaxt kəsilə bilər? - Hüquqi AÇIQLAMA
50015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.