Dekabrın 9-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, 8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümün qrup mərhələsinə yekun vurulub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu C qrupundakı son sınağında Rusiyanın "Spartak Moskva” klubunu qəbul edib. Rəqibi ilə heç-heçə edən və minimal hesabla uduzan Varşava təmsilçisi qrupda sonuncu pilləni tutaraq avrokuboklarla vidalaşıb. Meydana start heyətində çıxan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. Qrupun digər görüşündə İngiltərənin "Lester Siti” klubu İtaliyada "Napoli"yə uduzub - 3:0. Bu nəticələrdən sonra "Spartak" qrup lideri kimi səkkizdəbir finala, "Napoli" isə pley-offa adlayıb. "Lester" isə UEFA Konfrans Liqasının pley-offunda mübarizəni davam etdirəcək.
Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" D qrupunda evdə Almaniyanin "Frankfurt" komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi özü üçün formal xarakter daşıyan görüşdə heç-heçəyə razılaşıb - 1:1.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
“Sparta Praqa” (Çexiya) – “Bröndbü” (Danimarka) - 2:0;
“Lion” (Fransa) – “Qlazqo Reyncers” (Şotlandiya) - 1:1.
Qrupdakı vəziyyət: “Lion” - 16, “Qlazqo Reyncers” - 8, “Sparta Praqa” - 7, “Bröndbü” – 2.
B qrupu
“Şturm Qrats” (Avstriya) – “Monako” (Fransa) - 1:1;
“Real Sosyedad” (İspaniya) - PSV (Eyndhoven, Niderland) - 3:0.
Qrupdakı vəziyyət: “Monako” - 12, “Real Sosyedad” - 9, PSV - 8, “Şturm Qrats” - 2.
C qrupu
“Legiya” (Polşa) – “Spartak Moskva” (Rusiya) - 0:1;
“Napoli” (İtaliya) – “Lester Siti” (İngiltərə) - 3:2.
Qrupdakı vəziyyət: “Napoli” - 10, “Spartak Moskva” - 10, “Lester Siti” - 8, “Legiya” - 6.
D qrupu
“Antverpen” (Belçika) – “Olimpiakos” (Yunanıstan) - 1:0;
“Fənərbağça” (Türkiyə) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 1:1.
Qrupdakı vəziyyət: “Ayntraxt” - 12, “Olimpiakos” - 9, “Fənərbağça” - 5, “Antverpen” - 5.
E qrupu
“Marsel” (Fransa) – “Lokomotiv” (Moskva, Rusiya) - 1:0;
“Latsio” (İtaliya) – “Qalatasaray” (Türkiyə) - 0:0.
Qrupdakı vəziyyət: “Qalatasaray” - 12, “Latsio” - 9, “Marsel” - 7, “Lokomotiv” - 2.
F qrupu
“Braqa” (Portuqaliya) – “Srvena Zvezda” (Belqrad, Serbiya) - 1:1;
“Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Midtüllan” (Danimarka) - 0:0.
Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 10, “Braqa” - 10, “Midtüllan” - 9, “Lüdoqorets” - 2.
G qrupu
“Ferentsvaroş” (Macarıstan) – “Bayer Leverkuzen” (Almaniya) - 1:0;
“Seltik” (Şotlandiya) – “Betis” (İspaniya) - 3:2.
Qrupdakı vəziyyət: “Bayer Leverkuzen” - 13, “Betis” - 10, “Seltik” - 9, “Ferentsvaroş” - 3.
H qrupu
“Vest Hem Yunayted” (İngiltərə) – “Dinamo Zaqreb” (Xorvatiya) - 0:1;
“Genk” (Belçika) – “Rapid Vyana” (Avstriya) - 0:1.
Qrupdakı vəziyyət: “Vest Hem Yunayted” - 13, “Dinamo Zaqreb” - 10, “Genk” - 5, “Rapid” - 4.
Bizim.Media