“Rəsmi Bakı Almaniyanın yeni hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa ümid edir” – Ceyhun Bayramov

Hazırda oxunan: “Rəsmi Bakı Almaniyanın yeni hökuməti ilə yüksək səviyyəli əməkdaşlığa ümid edir” – Ceyhun Bayramov

49914

“Rəsmi Bakı Azərbaycanla Almaniyanın yeni hökuməti arasında yüksək səviyyəli əməkdaşlıq qurulacağına ümid edir”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşündə deyib.

C.Bayramov Olaf Şoltsın Almaniyanın yeni Kanslerin seçilməsi və yeni hökumətin formalaşması ilə bağlı təbriklərini səfirin diqqətinə çatdırıb.

O, iki ölkə arasında dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib.

Azərbaycanın Avropa, o cümlədən Almaniyanın enerji sahəsində etibarlı tərəfdaşı olduğunu vurğulayan nazir, yaşıl enerji və iqlim məsələlərinin Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən olduğunu söylədi.

Nazir, azad olunmuş Qarabağ ərazisinin dövlət rəhbəri tərəfindən yaşıl enerji zonası elan edildiyini Almaniya səfirinin diqqətinə çatdırıb.

Nazir həmçinin bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan ilə münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə Almaniya səfirinə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin