ÜST koronavirusun hər ştamını niyə HƏYƏCANLA təqdim edir? – Ekspert MƏQSƏDLƏRİ açıqladı

Hazırda oxunan: ÜST koronavirusun hər ştamını niyə HƏYƏCANLA təqdim edir? – Ekspert MƏQSƏDLƏRİ açıqladı

49899

Koronavirusun yeni “Omikron” ştamı yarandığı zamandan insanlar arasında yenidən kospiroloji mülahizələr baş alıb getdi.

Bir müddət əvvəl isə iqtisadçıların verdiyi proqnozlar bu söhbətləri bir az da artırdı. Belə ki, mütəxəssilər “Omikron” ştammının fonunda qlobal iqtisadiyyatın şok keçirəcəyini bildiriblər.

Onların fikrincə, 2020-ci ilin əvvəlindən pandemiya səbəbilə çökən dünya iqtisadiyyatı hələ uzun müddət ona bəslənən ümidləri doğrultmayacaq.

İqtisadçı ekspert Eldəniz Əmirov isə məsələ haqqında tam fərqli düşünür. Onun Bizim.Media-ya söylədiyi fikrə görə, koronavirusun iqtisadiyyata vurduğu dağıdıcı zərbələr artıq keçmişdə qalıb.

“Yeni ştamının dünya iqtisadiyyatına vurduğu zərbənin birinci COVİD-19 virusundan daha ağır olmayacaq. Təcrübə göstərir ki, sonrakı ştamlar əvvəlki kimi dağıdıcı və mənfi deyil. Onların yayılma sürəti geniş olsa da, iqtisadiyyata təsiri tam fərqlidir”.

MÖVZU İLƏ BAĞLI:

ÜST-dən omikron ştammı ilə bağlı XƏBƏRDARLIQ - İsveç və Fransada da tapıldı


Mütəxəssis qeyd edib ki, virusun bütün ştamları arasında dünya iqtisadiyyatına vurduğu ən böyük zərbə 2020-ci ilin birinci yarısında olub. Ekspert deyir ki, xüsusilə yeni ştammlar yaranan kimi bəzi təşkilatlar çalışırlar insanları qorxu, təşviş içində saxlasınlar:

“Ümumiyyətlə, bu ştammın bu cür ajiotaj yaratmasında xüsusi maraqlı beynəlxalq qurumlar var. Sanki yeni yaranan ştammların fövqaltəbii reklamı gedir. Burada bir çox səbəblər ola bilər. Məsələn neft qiymətlərini aşağı salmaq, istehsalı məhv etmək və yaxud da diqqəti bu məsələyə daha çox cəlb etmək səbəblərdən bir neçəsi ola bilər”.

Eldəniz Əmirov onu da bildirib ki, COVİD-19 çoxlarının haqqında heç bir məlumatı olmayan Ümumdünya Səhiyyə Təşkilatını dünyanın bir nömrəli qurumuna çevirdi:

“Bundan başqa bu təşkilata heç vaxt olmadığı qədər pullar ayrıldı. Ona görə də bu məsələdə ən böyük maraqlı tərəf ÜST-ün elə özüdür. Məhz elə buna görə də hər çıxan yeni ştamm barəsində xüsusi təqdimat keçirilir, bununla da insanlarda qorxu yaratmağa çalışırlar. Artıq COVİD-19-un iqtisadiyyata vuracağı zərər geridə qalıb. Düzdür, indiki vəziyyəti pisləşdirəcək ştamlar yarana bilər, bu mümkündür. Ancaq məhz, 2020-ci ilin aprel, may aylarında qlobal iqtisadiyyatda olan problemlərin artıq yaşanacağını düşünmürəm”.

Ekspert bildirib ki, hazırda ən böyük çətinlik infilasiyanın artmasıdır:

“Yəni, iqtisadi aktivlik yalnız inflasiyaya gətirib çıxaracaq. Pandemiyadan əziyyət çəkən digər dövlətlərdə də olduğu kimi Azərbaycanda da bu günə qədər təxminən 3 milyard dollar məbləğındə sosial iqtisadi dəstək paketi təqdim olunub. Bundan başqa 2022-ci ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində dəstək paketi nəzərdə tutulur. Bu vəsait də müəyyən problemlərin həlli üçün səmərəli şəkildə xərclənərsə, daha effektiv nəticəsini görə bilərik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin