Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçınla görüşüb.
Bizim.Media xəbər verir ki, Ali Məclisin Sədri yeni vəzifəyə təyin olunması münasibətilə qonağı təbrik edib, Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İkinci Qarabağ müharibəsinin qazanılmasında Türkiyənin tutduğu ədalətli mövqedən və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsindəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəkəriyə Yalçın səmimi qəbula görə minnətdarlıq edib.
Zəkəriyə Yalçın bu gün ölkə Prezidentləri tərəfindən qardaşlıq münasibətlərinin daha da inkişaf etdirildiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsində səylərini artıracağını qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:15 / 09.12.2021
Türkiyənin Azərbaycandakı hərbi attaşesi Naxçıvana getdi
Hazırda oxunan: Türkiyənin Azərbaycandakı hərbi attaşesi Naxçıvana getdi
Hazırda oxunan: Türkiyənin Azərbaycandakı hərbi attaşesi Naxçıvana getdi
49886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.