Rusiya istehsalı olan Mİ-17 helikopterlərinin partlaması haqqında Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Rusiya istehsalı olan Mİ-17 helikopterlərinin partlaması haqqında Oleq Kuznetsovdan ÖZƏL AÇIQLAMA

49873

Azərbaycanda Mİ-17 qəzasından sonra oxşar hadisələr Hindistan və Peruda da yaşanıb. Vertolyot faciələrinin hər birində çoxsaylı insan ölümü qeydə alınıb.

Qəzaların texniki səbəb və hava şəraiti ilə bağlı olması versiyalarına rəğmən, sosial şəbəkələrdə insidentlərə siyasi don geyindirənlər də az deyil. 

Rusiya istehsalı olan helikopterlərin qəzaya uğraması və dünya mətbuatında tirajlanması Qərbin silah alverində Kremli sıxışdırma siyasəti kimi də yozulur deyə bununla bağlı hərbi, siyasi və hüquqi məsələlərdə tanınmış rus ekspert Oleq Kuznetsovla danışdıq. Ekspert əvvəlcə bildirib ki, şərhlərində sui-qəsd sujetlərini dəstəkləməyi sevmir. Onun fikrincə, mütəxəssislərin nəticəsi olmadan bu aviaqəzaların səbəbi barədə danışmaq da mənasızdır:

“Yaxşı bilirik ki, hətta Azərbaycanda vertolyotun eniş zamanı partlama səbəbləri rəsmən açıqlanmayıb. Bunun cavabını müvafiq aviasiya komissiyası verməlidir”. 

Bizim.Media-ya özəl açıqlamasında Oleq Kuznetsov xatırladıb ki, Azərbaycanın yüksək vəzifəliləri qəza zamanı xarici müdaxilə versiyasını təkzib ediblər. 

MÖVZU İLƏ BAĞLI:

Dünyada Mİ-17 kabusu yaşanır - Daha bir helikopter 5 hərbçi ilə partladı

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında öldü - VİDEO

Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi


Buna görə də 2 əsas versiya qalır:

⦁  Texniki

⦁  Pilotluq səhvi

“Eyni sözləri Hindistan və Perudakı hadisələrlə bağlı da demək olar. Ümumiyyətlə, Hindistandakı olayda heç anlaşılmır ki, ölkənin baş qərargah rəisinin həyat yoldaşının vertolyotun göyərtəsində nə işi vardı? Və elit, hərbi göyərtəyə mülki şəxs necə daxil olub? Bu situasiya ilə bağlı suallar cavabdan çoxdur. Perudakı qəzanın baş verməsindən başqa hadisənin detalları barədə heç məlumatım yoxdur. 

Versiya kimi Rusiya hərbi texnikalarının beynəlxalq silah bazarından sıxışdırılmasını şişirtmək olar. Amma bu variantın da real əsaslara söykəndiyini düşünmürəm.

“Bu qəzalar kiminsə marağındadır” versiyasını süpürüb tullamaq olmaz, amma hesab edirəm ki, avia fəlakətlərin səbəbi daha anlaşılandır. Sadəcə, bundan əmin olmaq üçün mütəxəssislərin rəyini gözləmək gərəkdir. 

Səbəblər barədə rəsmi açıqlama veriləndən sonra nəticə çıxartmaq olar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin