Paşinyanın partiyası parlamentin növbədənkənar iclasını boykot etdi – DEMARKASİYA QALMAQALI

Hazırda oxunan: Paşinyanın partiyası parlamentin növbədənkənar iclasını boykot etdi – DEMARKASİYA QALMAQALI

0:00
0:00
49811

Hakim fraksiya Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü ilə keçiriləcək növbədənkənar iclasını boykot edib.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.

Cümə axşamı parlamentin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərinin müzakirəsi planlaşdırılan növbədənkənar iclas keçiriləcək və mövzu ilə bağlı bəyanat layihəsinə baxılacaq.

Bəyanat layihəsini noyabrın 25-də parlamentə Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokundan olan parlamentin sədr müavini İşxan Saqatelyan təqdim edib.

Dekabrın 7-də hakim çoxluq layihəyə baxılmasını növbəti plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Ayk Konjoryan bəyan edib ki, bəyanatın mətni daxili siyasi məzmun daşıyır və şəxsi məqsədlər güdür.

“Onlar (Paşinyan partiyasının nümayəndələri) növbədənkənar iclas çağırmaya bilməzlər, lakin partiya üzvlərinin köhnə ssenari ilə gedəcəkləri və iclasda iştirak etməyəcəkləri ehtimal edilir. Beləliklə, kvorum olmadığı üçün bu, baş tutmayacaq”, - qəzet bildirib.

Qeyd edək ki, Ermənistan müxalifətinin sənədində sərhədlərin referendum yolu ilə müəyyənləşdirilməsi təklif edilir. Qeyd olunur ki, “İrəvanın sovet dövründən müəyyən edilmiş sərhədləri əsas götürmək üzrə beynəlxalq hüquqi öhdəliyi yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin