6 il əvvəl itkin düşən neftçi ilə bağlı SOCAR-dan AÇIQLAMA – “Ola bilsin meyit heç Bəhmən Cəfərova aid deyil”

Hazırda oxunan: 6 il əvvəl itkin düşən neftçi ilə bağlı SOCAR-dan AÇIQLAMA – “Ola bilsin meyit heç Bəhmən Cəfərova aid deyil”

49786

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin meyitinin tapılması ilə bağlı məlumat yayılıb. Meyitin ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsus olduğu bildirilib.

Bizim.Media-ya açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, ekspertizanın nəticəsi hələ yoxdu:

MÖVZU İLƏ BAĞLI:

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin meyiti tapıldı


“Ola bilsin ki, meyit heç Bəhmən Cəfərova aid deyil. Onun oğlu ekspertizaya cəlb olunmuşdu. Sadəcə ehtimal verilib ki, bəlkə odu. Amma hələ təsdiqlənməyib”.

SOCAR rəsmisinin sözlərinə görə iki həftə əvvəl çıxarılan qalıqlar kəskin çürüməyə məruz qalıb və bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.

Xatırladaq ki, 2015-ci ilin dekabrın 4-də “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb.

Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin