“Əvvəllər gülünc, şəxsi mənafeyə xələl gətirən adların verilməsinə qadağa qoyulub”.
Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır:
“Bu, dünya praktikasında da belədir. Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var.
Belə ki, oğlan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulur.
Adlar qoyulan zaman onların mənbəyinin və məzmunun araşdırılmasına xüsusi diqqət edilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:55 / 08.12.2021
Azərbaycanda bu adların verilməsinə qadağa qoyuldu
Hazırda oxunan: Azərbaycanda bu adların verilməsinə qadağa qoyuldu
Hazırda oxunan: Azərbaycanda bu adların verilməsinə qadağa qoyuldu
49713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.