Haaqa Məhkəməsinin qərarı icra olunmasa, Ermənistanı nə gözləyir? - DETALLAR

Hazırda oxunan: Haaqa Məhkəməsinin qərarı icra olunmasa, Ermənistanı nə gözləyir? - DETALLAR

49673

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verib.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə Paşinyan hakimiyyəti revanşist qüvvələrə qarşı hansısa bir formada mübarizə yolu tapmalıdır ki, bir daha azad olunmuş ərazilərdə və sərhəddə təxribatlat törədilməsin.

Bu qərar İrəvan hökuməti tərəfindən erməni revanşistlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Haaqa məhkəməsində Azərbaycan və Ermənistan arasındakı hansı məsələlərə baxılır? - VİDEO


Ermənistanın üzərinə qoyulan öhdəliklərdən biri də fərdi şəxslərin və ayrı-ayrı təşkilatlar tərərfindən azərbaycanlılara qarşı nifrət və kin üzərində fikirlərin yayılması, formalaşmasının qarşısının alınmasıdır.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı dövlətlər üçün məcburidir.

Bəs, Ermənistan tərəfi məhkəmənin gözlədiyi bu qərarı yerinə yetirməsə onu beynəlxalq hüquq tərəfindən nə cəza tətbiq oluna bilər?

Məsələni dütallarını hüquqşünas, professor Fərhad Mehdiyev ilə aydınlıq gətirməyə çalışdıq. 

Vəkil Bizim.Media-ya açıqlamasında bildirib ki, əgər Ermənistan məhkəmənin qoyduğu öhdəliklərə əməl etməzsə, növbəti dəfə Azərbaycan məhkəməyə müraciət edə bilər.

“Bu zaman Azərbaycan Ermənistanın milli diskriminasiya ilə bağlı konvensiyanın maddələrini pozduğunu bəyan edə bilər. Bundan başqa Azərbaycan həmçinin bununla bağlı BMT-yə müraciət edə bilər. Çünki Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən verilmiş və təsdiqlənmiş qərar var. Bununla bağlı müzakirələr başladıla bilər. Lakin ölkəyə qarşı sanksiyaklarla bağlı hər hansı bir tədbirin həyata keçirilməsi nəzərdə tutulmur”. 
 

F.Mehdiyev qeyd edir ki, bu zaman Azərbaycan həqiqətən də Ermənistanın qoyulan tədbirlərə əməl etmədiyini sübut edərsə, ondan sonra bizim Ermənistandan kompensasiya istəmək hüququmuz yaranacaq.


“Əslində kompensasiya tələbi ilə Ermənistanın konvensiyanı pozduğu tələbi eyni iddiada qaldırmaq olar. Belə ki, indiki qərara əsasən Ermənistanın Azərbaycan qarşısında xüsusi iddiaları təmin etməlidir. Əgər bu yerinə yetirilməsə Azərbaycan da Beynəlxalq məhkəməyə müraciət edib, Ermənistanın konvensiyanın xüsusi maddələrini pozduğunu təsdiqlətdirib, ondan kompensasiya tələb etməlidir. Mənim fikrimcə, bu edə biləcəyimiz ən təsirli yol ola bilər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin