Fərid Mansurov nazirlikdəki vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Hazırda oxunan: Fərid Mansurov nazirlikdəki vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

0:00
0:00
49634

Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, nazirin digər əmri ilə Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.

Xatırladaq ki, 1982-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olan Fərid Mansurov Azərbaycanın tanınmış güləşçisi olub.

Yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarında qızıl medal alıb.

Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidentidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin