Türkiyəli aparıcı Fulya Öztürkün xəstəxanadan yeni görüntüləri yayımlanıb.
Bizim.Media xəbər verir ki, o, azərbaycanlı həmkarı Aytən Səfərovanın "Xəbər ertəsi" proqramına canlı qoşularaq hazırda səhhətinin yaxşı olduğunu bildirib. İkinci dəfə virusa yoluxan Fulya simptomların bir həftə əvvəl başladığını deyib:
"Buradan Azərbaycana çoxlu salam göndərirəm. İkinci dəfə koronavirusa yoluxdum. Hazırda səhhətim yaxşıdır. Təxminən bir həftə əvvəl COVID-19-un simptomlarını hiss etməyə başladım.
Kimsə üzülməsin deyə xəstəliyimi hamıdan gizlətmək istədim, amma mətbuatda yayıldı. Çoxlu baş ağrılarım olurdu. Nəfəs almaqda çətinlik çəkirdim. Lakin indi, çox şükür, yaxşıyam".
Bizim.Media