Tələbə təhsil krediti ilə bağlı narazılığa nazirlikdən CAVAB – “Belə tələb yoxdur”

Hazırda oxunan: Tələbə təhsil krediti ilə bağlı narazılığa nazirlikdən CAVAB – “Belə tələb yoxdur”

49610

Təhsil Nazirliyi tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, Nazirlikdən “Report”a bildirilib ki, tələbə təhsil kreditləri üçün arayış tələbi yoxdur.

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyindən kredit almaq istəyən tələbələrə MÜRACİƏT - VİDEO


Qeyd edilib ki, kredit sistemindən qeydiyyatdan keçmək üçün 18 yaşından aşağı şəxslərdən "ASAN login" tələb olunmur:

"Onlar notarial ərizə nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Həmçinin sosial kredit növündə bal tələbi yoxdur. Standart növdə 300 bal var, o da ilk ilin ilk semestri üçündür. Növbəti semestrlərdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) nəzərə alınır".

Vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu qeyri-kommersiya hüquqi şəxsdir: "Qurumun məqsədi mənfəət əldə etmək yox, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.

Fondun əsas hədəflərindən biri tələbələrin dərslərini yaxşı oxumaqlarına stimul yaratmaqdır. Təklif edilən kredit faizləri də cüzi və simvolikdir. Bu, ölkədaxili kommersiya banklarının təhsil krediti faizinə və ya digər ölkələrin zamin, girov şərtləri ilə müqayisə də edilə bilər. Qaytarılan vəsaitlə bağlı isə hesablama apararkən diqqətli olmaq lazımdır”.

“Kredit almaq üçün müraciət edərkən akademik kəsr olmaması sadəcə son semestr üzrə tələbdir, daha əvvəlki semestrlərdə olması hüquq məhdudlaşdırmır”, - nazirlikdən qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin