"Rusiya BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığını məcburi köçkünlərin Qarabağa qaytarılması üçün fəaliyyətini gücləndirməyə çağırır".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın BMT-dakı daimi nümayəndəsini müavini Gennadi Kuzmin deyib.
“Rusiya, Azərbaycan və Ermənistanın 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, biz məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması ilə bağlı BMT QAK-ın fəaliyyətinin gücləndirilməsində maraqlıyıq.
QAK-ı regiona humanitar yardım çatdırması üçün Bakı və İrəvanla dialoqu davam etdirməyə çağırırıq”, - deyə G.Kuzmin əlavə edib.
Qeyd edək ki, erməni köçkünlərin Qarabağın rus sülhməramlılarının nəzarətində olan əraziyə qayıtması artıq təmin edilib. Həmin ərazilərə azərbaycanlı məcburi köçkünlərin qayıtması isə gündəmdədir. (Axar.az)
Bizim.Media