Karantini pozan restoran icarədarı və toy sahibi cəzalandırıldı - FOTO

Hazırda oxunan: Karantini pozan restoran icarədarı və toy sahibi cəzalandırıldı - FOTO

49542

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan restoranın icarədarı və toy sahibi cəzalandırılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, “Shooting club” restoranında təşkil edilən mərasimin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də on nəfər qonağın COVID-19 pasportu olmadığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin icarədarı Ram Salamov inzibati məsuliyyətə cəlb edilib.

Digər karantin rejiminin tələblərinin pozulduğu toy mərasimi isə Yemişənli kəndində qeydə alınıb.

Ramin Rəfiyevə məxsus evin həyətyanı sahəsində keçirilən məclisdə iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığından toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin