Bir neçə gün əvvəl Londonda yerləşən “Viktoriya və Albert” muzeyinin dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı böyük təhrifə yol verdiyi barədə xəbər vermişdik.
Bizim.Media-nın məlumatına görə, muzeyin rəsmi “Instagram” səhifəsində Nizami Gəncəvinin möhtəşəm əsərlərindən biri - “Xəmsə”nin ikinci poeması olan “Xosrov və Şirin”dən bir səhnənin yer aldığı kirəmit plitə İran dastanından parça kimi təqdim olunub:
MÖVZU İLƏ BAĞLI:
“Viktoriya və Albert” dən böyük təhrif: Nizamini fars, Şirini erməni çıxardılar
“Romantika səhnələri. Bu plitə XII əsr İran şairi Nizami Gəncəvinin yazdığı “Xəmsə” və ya Nizaminin beş nağılı kimi tanınan İran dastanından məşhur səhnəni təsvir edir”.
Paylaşımda digər səhv Şirinin erməni şahzadəsi kimi təqdim olunması idi.
Bu gün Azərbaycan Mədəniyyət nazirliyi yerli mətbuata açıqlamasında məsələyə münasibət bildirib. Qeyd olunub ki, səhvin aradan qaldırılması ilə bağlı muzeyə rəsmi müraciət ünvanlanıb, qarşı tərəfdən cavab gözlənilir.
Xatırladaq ki, Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində anadan olub. Sözügedən poemadakı Şirin isə Aran hökmdarının qardaşı qızı olub.
“Viktoriya və Albert” muzeyi dünyada tətbiqi sənət əsərlərinin qorunduğu ən zəngin muzeylərindən biridir. Burada Azərbaycan sənətkarlarının bir çox əsərləri, eləcə də, məşhur “Şeyx Səfi” xalçası nümayiş etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:22 / 07.12.2021
Bizim.Media yazdı, nazirlik hərəkətə keçdi - Bakıdan Londona ETİRAZ
Hazırda oxunan: Bizim.Media yazdı, nazirlik hərəkətə keçdi - Bakıdan Londona ETİRAZ
Hazırda oxunan: Bizim.Media yazdı, nazirlik hərəkətə keçdi - Bakıdan Londona ETİRAZ
49524
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.