Məktəbdə QISNAMA HADİSƏSİ - Bullinq günahkarları kimlərdir?

Hazırda oxunan: Məktəbdə QISNAMA HADİSƏSİ - Bullinq günahkarları kimlərdir?

49519

Müasir dövrdə bullinq (qısnama, təqib etmə) ifadəsi də artıq həyatımızı qəsb etmək üzrədir. Məktəb və universitetlərdə baş alan bu hal həm fiziki, həm psixoloji formada özünü biruzə verir. Əsasən məktəb şagirdləri arasında yayqın olan bu hal təhqir, hədə, fiziki aqressiya, daimi mənfi dəyərləndirilmə, alçaldılma formalarında baş verir.

Xatırlayırsızsa, bir müddət əvvəl məktəbli Elina Hacıyevanın intiharına da məhz bu faktor, məktəbdə sinif yoldaşları tərəfindən təzyiqə məruz qalması səbəb kimi göstərilirdi.

Gün keçidkcə dünyada bu cür halların artması bir çox əsasəndə Avropa ölkələrində sərt qaydaların tətbiq edilməsinə ehtiyac yaradıb.

Məhz bu səbəblə də bu yaxınlarda Fransada qəbul olunan qərara əsasən məktəblərdə qısnama (bullinq) cinayət sayılacaq. Qanuna görə bu cür hallarda 3 ilə qədər həbs cəzası və 45.000 avroya qədər cərimə nəzərdə tutur. 
 

MÖVZU İLƏ BAĞLI:

Özünə məşuqə axtaran rəhbərlər – Zorakılıq FAKTLARI


İş daha da geniş vüsət alsa və qısnama qurbanı özünü öldürərsə, cəza 10 ilə qədər, cərimə isə 150.000 avroya qədər artırıla bilər.

Bu cür hallar Azərbycanda necə tənzimlənir? Məktəblərdə belə hallar baş verdikdə hansı tədbirlər görülür? Bullinq haqqında qanunun Azərbaycanda qüvvəyə minməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili, Milli Məclisin insan hüquqları komitəsinin üzvü Razi Nururllayev bildirib ki, Avropada məktəblərdə bullinq məsələsi çox ciddi araşdırılır.

“Demək olar ki, hər bir məktəb dövlət qanunundan başqa bu barədə daxili qaydaları da qəbul edib. Bu gün Azərbaycanda da məktəblərdə bu cür hallara yəni, əsasən şagirdlər arasında qısnama hallarına rast gəlinir. Məncə bununla bağlı statistik göstəricilər nəzərə alınıb, daha sonra mövzu müzakirəyə çıxarılmalıdır.

Lakin hazırda bununla bağlı hər hansı bir qanunun qəbul edilməsinə mən ehtiyac görmürəm. Bütün məktəblərdə şagirdlərlə bağlı Təhsil Nazirliyinin özünün də qəbul etdiyi müəyyən qərarlar var. Əgər nəzərdə tutulan bu qanunlar doğru yerinə yetirilərsə və faydası az olarsa, o zaman daha kəskin addımlara getmək olar”.

Bu cür halların qarşısını almaq üçün əsasən məktəb psixoloqlarının fəaliyyəti daha çox müzakirə olunur. Çünki valideynlər qeyd edirlər ki, bu zaman məktəb personalı yəni müəllim, psixoloq, direktor və digər işçilər birbaşa məsuliyyət daşıyır.

Psixoloq Fərqanə Mehmanqızı isə əmindir ki, uşağın belə davranışının əsas səbəbkarı valideynlərdir: 

“İlk əvvəl valideyn uşağa tərbiyə verməlidiri ki, uşaq cəmiyyətə çıxanda, özünü normal apara bilsin. “Ay evdə sakitidir, çıxır belə edir”. Bunlar hamısı yalan bəhanələrdir. Uşaq evin güzgüsüdür. Uşaq əsas sosial mühütdə necədirsə əsas odur. Hər kəs uşaq dünyaya gətirəndə bunlar düşünməlidir və tərbiyə etməyin qaydalarını öyrənərək, bilərək etməlidir. Bu zaman Avropaya meyillənib, onlara bənzəmə ilə tərbiyə etməməlidir.

Biz adətən hər şeyin qədərini qaçırırıq, məsələn düşünəndə ki, Avropada uşaqlara azadlıq verirlir, biz bunu daha sərt edirik. Nəticədə isə çox xoşagəlməz hallarla qarşılaşırıq. Ona görə, evdə elə kiçik yaşlarından uşaqları tərbiyə etsək, onlara sosial, fərdi yanaşmanın düzgün qurulmasını başa salsaq, məktəbin işi də asan olar. Uşaq 6 yaşında tam formalaşır. Ona görə burada işlər iki istiqamətdə ailə və məktəb əməkdaşlığı ilə həyata keçməlidir”.

Mütəxəssis həmçinin valideynlərin müxtəlif amillərlə, bilmədən övladlarının tərbiyəsinə mənfi təsir göstərməsini də vurğulayıb. 
 

“Bəzən valideyn məktəb psixoloqunun yanında gəlib xahiş edir ki, “uşaq telefona bağlıdır, elə edin ki, ona bu adəti unutdurun”. Bu cür valideynlərə necə deyəsən axı, bu aludəçiliyin günahkarı sənsən, çünki ailədən lazimi diqqəti görməyən uşaq telefona və ya digər şeylərə bağlanır. Həmçinin ətrafdan təcrid olunan uşaq aqressiya başlayır.


Bununla da onun ətrafında olan insanlara qarşı da aqressiya əmələ gəlir. Əsasəndə uşaqlar özlərindən zəif, gücsüz şagirdlər üzərində öz güclərini göstərmək istəyirlər. Bu zaman uşaqlarda idarəolunmazlıq ortalığa çıxır. Belə hal davam etdikdə uşaq böyüyəndə valideynlərin də əlindən heç nə gəlmir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin