Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media-nın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ədalət Vəliyevin vəkili onun adına olan binanın zərərin ödənilməsi ilə bağlı dövlət nəfinə verilməsi və bunun yüngülləşdirici hal hesab edilməsi barədə məhkəməyə sənəd təqdim edib.
Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edərək Vüqar Səfərlinin 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin, V.Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Prokuror başqa cinayət işi üzrə təqsirləndirilən Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində məhkəmə istintaqı zamanı seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilməli və hər biri məhkəmə zalında həbs edilməlidir.
Prokuror cinayət işi üzrə təqsirləndirilən Təhminə Yaqubovaya isə 6 il şərti cəza verilməsini xahiş edib.
Dövlət ittihamçısı cinayət işi ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən qaldırılan mülki iddianın da təmin olunmasını istəyib.
Proses dekabrın 14-də davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:54 / 07.12.2021
Prokuror Vüqar Səfərliyə 11 il cəza istədi, digərlərinə isə...
Hazırda oxunan: Prokuror Vüqar Səfərliyə 11 il cəza istədi, digərlərinə isə...
Hazırda oxunan: Prokuror Vüqar Səfərliyə 11 il cəza istədi, digərlərinə isə...
49505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.