Sabiq baş redaktor barəsində cinayət işi başlandı - 2 maddə ilə

Hazırda oxunan: Sabiq baş redaktor barəsində cinayət işi başlandı - 2 maddə ilə

0:00
0:00
49426

Baş Prokurorluq “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, “Azərbaycan Məktəbi” jurnalının sabiq baş redaktoru barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin