Bu gün 1988-ci ildə Ermənistanda, episentri Spitaka düşən zəlzələnin 33-cü ildönümüdür.
Bizim.Media xatırladır ki, zəlzələ Spitakda 10 bal, Gümrüdə 9 bal, Vanadzorda 8 bal, İrəvanda isə 5-6 bal olub.
Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb.
Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb.
Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb.
Belə bir ağır günlərdə Azərbaycan humanistlik göstərərək qonşu Ermənistana yardım etmək qərarına gəlir. İlk yardım qrupu zəlzələdən bir gün sonra yola düşür. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədov rəhbərliyi ilə Spitaka çatır. Yüzlərlə yaralı ermənilər dağıntılar altından xilas edilir. Dekabrın 11-də Azərbaycandan ikinci qrup Spitaka yardım məqsədi ilə 78 nəfər könüllü yığılır. Könülləri Spitaka aparan “İl 76” təyyarəsi Ermənistan ərazisində vurulur. 69 nəfər xilasedici, ehtiyatda olan hərbçi və 9 ekipaj üzvü həlak olur.
Tək bir nəfər sağ qalır: Fəxrəddin Balayev. O da 2011-ci ildə dünyasını dəyişir. Ermənistanın hava məkanında Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəbləri bu günədək aydınlaşdırılmayıb.
Bu da erməni xislətinin daha bir sübutudur. Düzdür, o vaxtdan 33 il keçib. Ermənistan həmin 33 ilin 30 ilini ölkəmizin 20 faiz torpağını işğalda saxlayıb. Yalnız mətin Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin böyük qismini ötən ilin noyabrında geri qaytardı, üçrəngli bayrağını göylərə ucaltdı. İndi isə həmin ərazilərlə quruculuq-bərpa işləri gedir.
Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarımızda da bayrağımızın ucaldılması günü heç də uzaqda deyil.
Xatırladaq ki, Spitak zəlzələsindən bir müddət əvvəl, daha doğrusu 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırıldı, kəndlərə ərzaq göndərilmədi, elektrik xətləri kəsildi və silahlı basqınlar nəticəsində 250 mindən çox soydaşımız Ermənistanı tərk etdi.
Bizim.Media
- A-
- A
- A+
Region
09:55 / 07.12.2021
Humanist azərbaycanlı, xain erməni xisləti - Spitak zəlzələsindən 33 il ötür - FOTO
Hazırda oxunan: Humanist azərbaycanlı, xain erməni xisləti - Spitak zəlzələsindən 33 il ötür - FOTO
Hazırda oxunan: Humanist azərbaycanlı, xain erməni xisləti - Spitak zəlzələsindən 33 il ötür - FOTO
49421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.