Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov pakistanlı həmkarı Pervez Xattaka, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya və Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, başsağlığında deyilir:
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov Pakistana başsağlığı verdi
"Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm".
Bizim.Media