Zəfər günü ilə bağlı amnistiya indiyədək 3676 məhkuma şamil edilib

Hazırda oxunan: Zəfər günü ilə bağlı amnistiya indiyədək 3676 məhkuma şamil edilib

49319

Zəfər günü münasibətilə Amnistiya aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib.

Bizim.Media-nın məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506 olub. Bununla yanaşı məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.

Amnistiyanın tətbiq edildiyi müəssisələrin 58 faizindən çoxu Bakı şəhərinin payına düşür.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin