4 Azərbaycan vətəndaşı Ukraynadan Rusiyaya qanunsuz keçməyə çalışdı - FOTO

Hazırda oxunan: 4 Azərbaycan vətəndaşı Ukraynadan Rusiyaya qanunsuz keçməyə çalışdı - FOTO

49281

Ukrayna sərhəd xidməti Rusiya ilə sərhəd yaxınlığında bir qrup Azərbaycan vətəndaşını və onların bələdçisi olan Ukrayna vətəndaşını saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti Facebook səhifəsində məlumat yayıb.

Məlumata görə, 4 əcnəbi və bir Ukrayna vətəndaşı Şçastinski rayonunun Krasnıy Derkul qəsəbəsi yaxınlığında Luqansk sərhəd dəstəsinin hərbçiləri tərəfindən ələ keçirilib.

Qaranlıqda sərhədi keçmək istəyənlərdən 4-nün Azərbaycan, onları müşayiət edən şəxsin isə Ukrayna vətəndaşı olduğu üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Azərbaycan vətəndaşları Rusiyaya giriş qadağası ilə əlaqədar olaraq sərhədi qanunsuz keçməyə qərar veriblər və bu işdə ukraynalı onlara köməklik edib.

Hazırda istintaq tədbirləri davam etdirilir, qanun pozucuları barəsində müvafiq materiallar tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin