“Apple” məhkəmə qorxusundan Azərbaycanla bağlı ədaləti bərpa etdi - TƏFƏRRÜAT 

Hazırda oxunan: “Apple” məhkəmə qorxusundan Azərbaycanla bağlı ədaləti bərpa etdi - TƏFƏRRÜAT 

49252

Daha əvvəl də xəbər verdiyimiz kimi, "Apple Map" və "Apple Weather" tətbiqi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində yerləşən şəhərlərin adlarında düzəlişlər edib. Belə ki, sözügedən tətbiqlərin istifadəçiləri artıq qondarma adlarla deyil, Şuşa, Xankəndi, Xocalı, Xocavənd kimi rəsmi adlarla qarşılaşırlar. 

Bəs tanınmış şirkətin ədalətin bərpasına nə məcbur edib?

Bildiyimiz kimi, sözügedən şirkətin mənzil qərargahı ABŞ-da yerləşir və Amerikada erməni lobbisinin necə söz sahibi olmasını hər kəs bilir. Təkcə Bayden Administrasiyasının 30-dan çox işçisinin erməni olmasını demək kifayətdir.

Politoloq İlqar Vəlizadənin fikrincə, bütün platformaların öz qaydaları var:

“Bu qanunlara riayət olunması hamı üçün vacibdir. Çünki qanunun pozulması baha başa gəlir”.

Bizim.Media-ya özəl açıqlamasında politoloq bildirib ki, bu tip kommersiya təşkilatları qaydaları pozmuş olsalar, Azərbaycan onları məhkəməyə verə bilər.

“Apple” isə məhkəməni uduzar. Tələblər ondan ibarətdir ki, toponimlər aid olduğu ölkəyə uyğun tərzdə verilməlidir. İlqar Vəlizadə nümunə kimi digər ölkələrin də xəritələrini göstərib:

“Azərbaycanın bu ərazilərə həm de-yure, həm de-fakto sahiblənməsi mövqeyimizi ortaya qoymaq üçün daha çox imkanlar yaradıb. Platformalar da bunu bilir və qaydalarla hərəkət edirlər. Çünki əks halda daşıdıqları məsuliyyətdən xəbərdardırlar. Buna imkan yaradan digər səbəb Azərbaycanın nüfuz və təsir imkanlarının artmasıdır. Onlar bilirlər ki, biz hər an məhkəmələrə, arbitraj orqanlara müraciət edə bilərik”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin