“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın gələcəkdə imzalanacağına inanmıram. Mümkündür ki, barışıq imzalansın”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) professoru Aleksey Podberezkin caliber.az saytının “Sizcə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı?” sualını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, bundan sonra çox çətin danışıqlar prosesi başlayacaq:
“Çünki bir razılaşmada həll edilməli olan çoxlu məsələlər var ki, bu da bir sıra detallar üzrə razılaşmanı nəzərdə tutur. Bu yaxın bir proses deyil”.
“Regionda bir daha hərbi toqquşmaların qarşısını almaq üçün nə etmək lazımdır?” sualına isə professor belə cavab verib:
“Təəssüf ki, bütün obyektiv şərtlər buna qarşı olduğundan, görüləcək işlər çox azdır. Əlbəttə, ümid etmək istərdim ki, bu dövlətlərin hakim elitasında problemlərin həllindəki çətinlikləri dərk edən ağıllı adamlar üstünlük təşkil edəcək”.
Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru “3+3” danışıqlar platformasının perspektivlərindən də söz açıb:
“Bunun heç bir perspektivi yoxdur və ola da bilməz. Burada iki əsas subyekt var - Ermənistan və Azərbaycan. Kənar oyunçulara baxmamalısınız, çünki hər şey Azərbaycan və Ermənistanın siyasi iradəsindən asılıdır”.
Bizim.Media
- A-
- A
- A+
Region
10:15 / 06.12.2021
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı? – Rusiyalı professorun ŞƏRHİ
Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı? – Rusiyalı professorun ŞƏRHİ
Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı? – Rusiyalı professorun ŞƏRHİ
49238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.