Mingəçevirdə eyvanın məhəccəri qırılıb, palaz çırpan qadın yerə yıxılıb.
Bizim.Media xəbər verir ki, hadisə Günəşli yaşayış massivinin 15-ci döngəsində yerləşən iki mərtəbəli evdə baş verib.
Palaz çırpmaq üçün eyvana çıxan 1976-cı il təvəllüdlü şəhər sakini Namidə Əhəddin qızı Ələsgərova bədbəxt hadisə ilə üzləşib.
Gözlənilmədən eyvanın mühəccəri qırılıb və müvazinətini itirən 45 yaşlı qadın ikinci mərtəbədən yerə çırpılıb.
Müxtəlif sınıq xəsarətləri alan yaralı təcili xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:20 / 05.12.2021
Palaz çırpmaq 45 yaşlı qadının başına bəla oldu – Eyvandan yerə yıxıldı
Hazırda oxunan: Palaz çırpmaq 45 yaşlı qadının başına bəla oldu – Eyvandan yerə yıxıldı
Hazırda oxunan: Palaz çırpmaq 45 yaşlı qadının başına bəla oldu – Eyvandan yerə yıxıldı
49187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.