"Bu, taleyin acı tərəfidir" - "Neftçi"nin baş məşqçisi

Hazırda oxunan: "Bu, taleyin acı tərəfidir" - "Neftçi"nin baş məşqçisi

49182

"Çətin oyun keçdi. 3 oyunda uduzduqdan sonra "Səbail"lə görüşdəki qələbənin davamını gətirmək istəyirdik. Amma alınmadı".

Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Neftçi" yenə qalib gələ bilmədi – "Sumqayıt"la QOLSUZ MATÇ


43 yaşlı mütəxəssis bildirib ki, oyuna güc qata biləcək Sezar Meza Kolli və Xorxe Korrea kimi futbolçulardan zədəli olduqları üçün yararlana bilməyiblər:

"Meza Kolli məşqdə əzələsini dartıb. Yusuf Laval da eyni problemlə üzləşdi.

Lavalın oyunadək problemi yox idi. Romen Bask da qızdırmalıdır. Xorxe Korrea məşq vaxtı zərbə aldı. Biz bəhanələr axtarmalı deyilik.

Ronaldu kimi oyunçu da Portuqaliya millisində qaça-qaça əzələsini dartır. Bunlar sübut olunmayan zədələrdir. Heç kimdə günah yoxdur, taleyin acı tərəfidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin