"Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında İsveçin paytaxtı Stokholmda keçirilən görüşdə Kiyevdə baş verən hadisələrin müzakirəsi zamanı gərgin mübahisə yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" nəşri şahidlərə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətləri iddia edirlər ki, bu, Ukraynaya "Rusiyanın təcavüzü" halında Qərbin cavab tədbirlərinin müzakirəsinin nəticəsidir.
Mənbələrin bildirdiyinə görə, Lavrov Blinkenə 2014-cü ildə Kiyevdə baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu xatırladıb.
Öz növbəsində Blinken NATO-nu “müdafiə alyansı” adlandırıb və bildirib ki, Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə sadiq qüvvələr Kiyevdə dinc nümayişçilərə atəş açıb və yüzdən çox insanı öldürüblər.
Qeyd edək ki, son günlərdə Qərb mətbuatında Rusiyanın Ukraynanının işğalı üçün plan hazırladığı ilə bağlı informasiyalar dərc olunmaqdadır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:35 / 05.12.2021
Bloomberg: "Lavrovla Blinkenin Ukrayna müzakirələri mübahisəyə dönüşüb"
Hazırda oxunan: Bloomberg: "Lavrovla Blinkenin Ukrayna müzakirələri mübahisəyə dönüşüb"
Hazırda oxunan: Bloomberg: "Lavrovla Blinkenin Ukrayna müzakirələri mübahisəyə dönüşüb"
0:00
0:00
49133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.