Regional kommunikasiyaların blokadadan çıxarılması məsələsində Ermənistan və Azərbaycanın mövqeləri diametral şəkildə əksdir, ona görə də danışıqlar çox çətin olacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Sputnik Ermənistan”a müsahibəsində politoloq Armen Baqdasaryan deyib.
"Nəqliyyat marşrutlarının blokadadan çıxarılması ilə bağlı danışıqlar çox çətindir, çünki bu məsələdə Ermənistan və Azərbaycanın mövqeləri əsaslı şəkildə fərqlidir. Ermənistan Azərbaycan üçün yol açmağa hazırdır ki, bunun müqabilində Azərbaycan ərazisindən marşrut alsin. Lakin Bakı tamamilə fərqli planlar cızır. O, öz nəzarəti altında dəhliz istəyir”, - Bağdasaryan bildirib.
Ekspert buna baxmayaraq, danışıqların davam etdiriləcəyinə və tərəflərin bəzi aralıq həll yolları tapmağa çalışacağına inanır.
Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçi sammitindən sonra dəhliz mövzusunun bağlanacağı gözlənilirdi. Ancaq Azərbaycanda insanlar başqa cür düşünürlər. Bu fərqli yanaşma Ermənistan üçün qəbuledilməzdir.
Bağdasaryan mümkün aralıq variantlardan birini Laçın dəhlizinə bənzər həll variantı hesab edir, o zaman ki, Zəngəzur de-yure yolu Ermənistanın suverenliyi altında qalır, lakin İrəvanın ona faktiki nəzarəti itirilir.
"Bu variant bizim üçün də qəbuledilməzdir, çünki bura bizim suveren ərazimizdirsə, o zaman onun üzərində bütün səlahiyyətlər ölkənin əlində olmalıdır. Azərbaycana Ermənistanın nəzarəti olmadan Türkiyə ilə quru əlaqəsi yaratmağa icazə verilə bilməz. Qorxuram ki, Ermənistan hakimiyyəti bizim üçün qüsurlu varianta gedəcək”, – həmsöhbətimiz deyir.
Onun fikrincə, İrəvan heç vaxt qırmızı xətləri keçməməlidir, ən kiçik səhv Ermənistan dövləti üçün fəlakətli nəticələrə səbəb olacaq.
Ermənistan üçün məqbul olan istənilən variant onun ərazisindəki yollara tam və faktiki nəzarətdir.
Bizim.Media
- A-
- A
- A+
Region
23:13 / 04.12.2021
Azərbaycanla danışıqlar çətin olacaq – Erməni politoloq İrəvanın qırmızı xəttini açıqladı
Hazırda oxunan: Azərbaycanla danışıqlar çətin olacaq – Erməni politoloq İrəvanın qırmızı xəttini açıqladı
Hazırda oxunan: Azərbaycanla danışıqlar çətin olacaq – Erməni politoloq İrəvanın qırmızı xəttini açıqladı
49122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.