Ermənistan Restoranlar Assosiasiyasının sədri Aşot Barseqyan 168 TV proqramının efirində yeni məhdudiyyətə toxunaraq bildirib ki, Səhiyyə Nazirliyinin məsul şəxsləri növbəti dəfə sosial və iqtisadi həyata birbaşa təsir edən fikirlər söyləyir və layihələr həyata keçirirlər. Buna əsasən, yanvarın 1-dən mənfi test nəticəsi və ya peyvənd sertifikatı olmayan vətəndaşlar iaşə obyektlərinə və mədəni tədbirlərə gedə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “aysor.am” saytı yayıb.
“Səhiyyə naziri bunu elan edən gün çox səs-küy oldu, bizə minlərlə zəng gəldi, insanlar soruşdular ki, tədbirlər ləğv olunacaqmı? Bilirsiniz, Yeni il insanlar istirahət evlərinə gedirlər. Bütün məşhur istirahət mərkəzlərində yerlər artıq bron edilib, insanlar avans ödəyiblər və indi gedə bilməyəcəklərini anlamırlar. Sahibkarlıq subyektləri isə öz növbəsində buna hansı mexanizmlərin nəzarət etməli olduğunu başa düşə bilmir”, - deyə Aşot Barseqyan bildirib.
Restoranlar Assosiasiyasının sədri qeyd edib ki, səhiyyə naziri hər şeyin qaydasında olduğunu, artıq 1 milyondan çox insanın peyvənd olunduğunu deyir, lakin bu halda əlavə məhdudiyyətlərin məntiqi aydın deyil.
“Əgər hər şey qaydasındadırsa, niyə əlavə məhdudiyyətlər tətbiq edirsiniz? Xanım Avanesyanın ikinci açıqlaması isə daha çaşdırıcıdır. O deyir:
“Əminəm ki, heç bir mənfi iqtisadi təsir olmayacaq”. Onlar bunun sağlamlığa təsirindən, ölənlərin sayından əmin deyillər, lakin eyni zamanda heç bir mənfi iqtisadi təsirin olmayacağını iddia edirlər”, - deyə Aşot Barseqyan bildirib.
O, həmçinin təsərrüfat subyektlərinə kompensasiyaların verilməsi məsələsinin müzakirəsini zəruri hesab edib:
“Hökumətin növbəti iclasında kompensasiya ilə bağlı məsələnin gündəmə gətirilməsinə nə mane olur?
Ermənistan Restoranlar Assosiasiyasının sədri ölkədəki təhlükəsizlik və sosial problemlər səbəbindən gənc mütəxəssislərin miqrasiyası məsələsinə də toxunaraq qeyd edib ki, 10-15 min gənc mütəxəssis - ofisiant, barmen, menecer, otel xidməti mütəxəssisləri və aşpazlar - Ermənistanı tərk edib.
“İnsanlar açıq şəkildə deyirlər ki, onlar Ermənistanı ölkədəki təhlükəsizlik problemlərinə görə tərk edirlər. Bu il artıq 200-ə yaxın sahibkarlıq subyekti, son rübdə isə onlarla restoran bağlanıb. Nəzərə alsaq ki, 2500 restoranımız var, bu, təxminən 10% təşkil edir. Əgər sənayedəki obyektlərin 10%-i bağlanıbsa, bu, artıq böyük siqnaldır. Dövlət buna diqqət yetirməlidir”, - deyə Aşot Barseqyan vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
19:22 / 04.12.2021
Ermənistanda 200-ə yaxın biznes qurumu bağlandı - 10-15 min gənc mütəxəssis ölkəni tərk etdi
Hazırda oxunan: Ermənistanda 200-ə yaxın biznes qurumu bağlandı - 10-15 min gənc mütəxəssis ölkəni tərk etdi
Hazırda oxunan: Ermənistanda 200-ə yaxın biznes qurumu bağlandı - 10-15 min gənc mütəxəssis ölkəni tərk etdi
49095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.