Soyuq havalarda ölməkdən qorxan adamların QIŞ DEPRESSİYASI – Çarə soyuq havadır

Hazırda oxunan: Soyuq havalarda ölməkdən qorxan adamların QIŞ DEPRESSİYASI – Çarə soyuq havadır

49051

Psixoloqların fikrincə, havalar soyuduqca depressiyadan əziyyət çəkən insanların sayı artır. Mütəxəssilər düşünürlər ki, bu  orqanizmdə vitamin çatışmazlığı və havaların tutqun keçməsi ilə bağlıdır. Bəzi insanlarda bu melonxolik hisslərin artmasına depressiyaya gətirib çıxarır və getdikcə dərinləşməyə doğru gedir. 

Depressiyada olan insanlar heç bir səbəb olmadan özlərinə qapanır və ətraf mühütdən uzaqlaşmağa başlayırlar. Hətta dərin depressiyanın ən son fazası intiharlarla da müşahidə edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya BU ŞƏRTLƏRİ dəyişdi - Üz-gözümüzdə nələr baş verir? 


Bəs, bu vəziyyətdən necə yaxa qurtarmaq olar? 

Psixoloq Cahan Əliyeva Bizim.Media-ya açıqlamasında deyib ki, çox vaxt belə depressiyalar bir növ məşğuliyyətin olmamaısından, insanların yeni bir şeylər axtarışında olmasından yaranmağa başlayır.

“Təsəvvür edin, mənim elə pasientlərim var ki, həyatlarında hər bir vəziyyətləri normaldır, lakin ağır depresiyadan əziyyət çəkirlər. Mən bu halı bir növ özlərinə məşğulluq tapmadıqları üçün yaranması ilə bağlayıram. Çünki, bir insan əgər sözsüz ki, bir ağır problemi yoxdursa, maraqlı məşğuliyyəti olmadan bu hala düşə bilər. Həm də bu havaların tutqun, soyuq keçməsi ilə də əlaqəlidir”.

Psixoloq depressiya yaradan digər amillərdən də danışıb. 

“Depressiya yaradan başqa bir səbəb isə yuxu pozğunluğudur. İsti aylardan fərqli olaraq, soyuqlarda insan yuxuya daha çox meyilli olur. Bu zaman orqanizm yuxu təlabatını sona qədər ala bilmir və bu da onun əhvalına təsir edir.

Belə insanlar bütün günü yuxulu olurlar. Bu zaman kofeinlə özlərini ayıtmağa üstünlük verirlər. Belə insanlar daha çox qəhvədən istifadə etməyə başlayırlar. Bu isə gecə yuxusunu pozur və yuxusuzluğa gətirib çıxarır. Ona görə bu aylarda kofeinin istifadəsini mütləq kontrol altında saxlamaq lazımdır”.

Bu halla üzləşən insan nə etməlidir?

Cahan Əliyeva bu cür vəziyyətləridən çıxış yollardan da danışıb.

“Havalar soyuduqda insanlar təmiz havada gəzməkdən imtina edirlər. Lakin əksinə soyuq aylarda daha çox yürüyüş etmək lazımdır. Bu zaman təmiz hava, ciyərlərdə olan oksigen çatışmazlığını aradan qaldırır  və qan dövranını yaxşılaşdırır. Bu da depressiya ilə mübarizədə ən effektiv vasitədir.

Bundan başqa mütləq şəkildə qida rasionumuza da diqqət etməliyik. Gündəlik yumurta, ət, balıq, süd məhsulları, mövsümü tərəvəz və meyvələri öz rasionumuza daxil etməliyik. Gündəlik az miqdarda tünd şokoladın da qəbulu əhval – ruhiyyəni yaxşılaşdırır”.

Sonda mütəxəssis insanlaradaha çox şən musiqi dinləməyi də tövsiyə edib.

“Əsasən, səhərlər yuxudan ayılanda şən, dinamik musiqi dinləmək insanların əhval ruhiyyəsinə çox gözəl təsir edir. Bu zaman qəmgin mahnılardan uzaq durmaq daha yaxşıdır. Bundan başqa idmanla məşğul olmaq, kitab oxumaq və komediya filmlərinə baxmaq da insana çox yaxşı təsir edir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin