“Günəşli” yatağında baş verən faciədən 6 il ötür - 11 ölü, 19 itkin

Hazırda oxunan: “Günəşli” yatağında baş verən faciədən 6 il ötür - 11 ölü, 19 itkin

49003

Bu gün “Günəşli” yatağında baş verən faciədən 6 il ötür.

Bizim.Media xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də "Günəşli" neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.

Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb. Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

Qeyd edək ki, həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin