Azərbaycan Türkiyədən silah alan ölkələr sırasında İLK "3-LÜK"DƏ

Hazırda oxunan: Azərbaycan Türkiyədən silah alan ölkələr sırasında İLK "3-LÜK"DƏ

48998

Son illər Türkiyənin müdafiə sənayesi sektorunun sürətli inkişafı, ölkənin terrorla mübarizədə və daxili təhlükəsizlik əməliyyatlarında istifadə etdiyi milli silahlar dünyada bu ölkədə istehsal olunan hərbi texnikaya marağı artırıb.

Belə ki, cari ilin 11 ayında 2 milyard 793 milyon 974 min ABŞ dolları məbləğində gəlirlə Türkiyənin müdafiə və aerokosmik sənayesi yeni ixrac rekorduna imza atıb.

Bizim.Media-nın məlumatına görə, bu barədə Türkiyə İxracat Məclisi (TİM) məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Türkiyədən hərbi təyyarə aldı - FOTO


Ölkənin müdafiə sənayesi sektorunun milli məhsulların satışından əldə etdiyi gəlir 2018-ci ildə 2 milyard 35 milyon 956 min, 2019-cu ildə isə 34,6 faiz artımla 2 milyard 740 milyon 988 min dollar təşkil edib. Bu rəqəm o dövrdə ölkənin müdafiə və aerokosmik sənayenin ixrac rekordu kimi qeydə alınıb.

TİM-in məlumatında bu ilin yanvar-noyabr ayları ərzində Türkiyənin milli hərbi texnikasının ixrac edildiyi ilk 20 ölkənin adı sadalanır - ABŞ, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Ukrayna, Efiopiya, Mərakeş, Fransa, Tunis, Banqladeş, Birləşmiş Krallıq, Hindistan, Türkmənistan, Çin, Özbəkistan, Ruanda, Hollandiya, İordaniya və Kanada.

Qeyd edilən dövr ərzində, 1 milyard 32 milyon 615 min dolarla ABŞ ilk sıradadır. İkinci sırada isə Azərbaycan yer alır. Məlumata əsasən, bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana 192 milyon 126 min dollarlıq ixracat həyata keçirilib. Üçüncü sırada isə 180 milyon 544 min dollar məbləğində ixracatla Qətər yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin