Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

Hazırda oxunan: Helikopter qəzasında həlak olan hərbçilərə ŞƏHİD statusu verildi

48977

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu verilib.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisələrə baxış zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzası ilə bağlı rəsmi məlumat niyə gec verilib? – Hikmət Hacıyev səbəbi açıqladı


"Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onlara da ödəniləcək.

Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq", - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin