Avropa İttifaqı (Aİ) Belarusa qarşı beşinci sanksiyalar paketini təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının hökumət bülletenində dərc olunmuş qətnamədə deyilir.
Sanksiyalar Brüsselin Minskdən “hibrid hücum” hesab etdiyi miqrasiya böhranı ilə əlaqədar qəbul edilib. Vəziyyət yaxşılaşmasa, məhdudlaşdırıcı tədbirlər sərtləşdiriləcək.
Yeni sanksiyalar paketində hüquqi şəxslərə "Belavia" dövlət aviaşirkəti, Belarusun Sərhəd Mühafizə Xidməti, "Qrodno Azot" şirkəti, "Belshina", "Belorusneft", "Oskartur", eləcə də Minskə uçuşlar həyata keçirən Suriyanın “Cham Wings” aviaşirkəti və Türkiyədə Belarusa turların dizaynı ilə məşğul olan "VIP Grub" agentliyi kimi şirkətlər daxildir.
Siyahıda Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappo, onun müavini İqor Marşalov, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz da yer alıb.
Beləliklə, bu gündən Belarus üçün qara siyahıya salınmış şəxslərin ümumi sayı 183 fiziki və 26 hüquqi şəxsə çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:53 / 03.12.2021
Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq etdi – Beşinci dəfə
Hazırda oxunan: Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq etdi – Beşinci dəfə
Hazırda oxunan: Avropa İttifaqı Belarusa qarşı sanksiyalar tətbiq etdi – Beşinci dəfə
48824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.