Rusiya XİN: ”Naxçıvan və Ermənistanın sərhədyanı dəmir yolu infrastrukturna baxış keçirilib”

Hazırda oxunan: Rusiya XİN: ”Naxçıvan və Ermənistanın sərhədyanı dəmir yolu infrastrukturna baxış keçirilib”

4881

“İqtisadi əlaqələrin bərpa olunması, yeni kommunikasiyaların inşası uzun prosesdir. Bu prosesə çoxlu profil strukturlarının cəlb olunması lazımdır".

"Bununla yanaşı, başlıca məsələlər Azərbaycan və Ermənistan hakimiyyətləri tərəfindən həll olunacaq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova deyib ki, nəqliyyat əlaqəsinin bərpa olunması bu gün daha perspektivli istiqamət kimi görünür:

“Rusiyalı mütəxəssislərin vasitəsilə Naxçıvanda sərhədyanı məntəqələrdə dəmir yolu infrastrukturlarına, eləcə də Ermənistanın sərhədyanı məntəqələrində yerləşən dəmir yolu xətlərinə ilkin baxış keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin